Qardabanidə COVID-19-a yoluxanların sayı 60-a yaxınlaşıb

Qardabanidə COVID-19-a yoluxanların sayı 60-a yaxınlaşıb Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda indiyədək koronavirusa 59 yoluxma halı təsdiqlənib.
Region
27 İyul , 2020 12:50
Qardabanidə COVID-19-a yoluxanların sayı 60-a yaxınlaşıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda indiyədək koronavirusa 59 yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, bu göstərici ölkə üzrə ümumi yoluxmaların 4%-ni təşkil edir.

Mərkəz rəhbərinin sözlərinə görə, Qardabani üzrə qeydə alınan yoluxma hallarının 29-u Qaracalar kəndinin payına düşüb: “Gürcüstanda hazırda iki “qaynar nöqtə” var. Bunlar Qardabani rayonu və Qaracalar kəndidir”.

A.Qamkrelidze rayon üzrə 3 394 nəfərin testdən keçirildiyini, 142 nəfərin isə karantinə yerləşdirildiyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi