Rusiyanın dövlət başçısı Vladimir Putinin prezident seçkilərində etibarlı nümayəndələrinin siyahısı tərtib olunur.
“Report” xəbər verir ki, məlumatı RBK yayıb.
Bildirilib ki, tanınmış rejissor Nikita Mixalkov, müğənni Shaman, Marinsk və Böyük teatrın baş direktoru Valeri Qerqiyevin Vladimir Putinin seçkidə vəkili olmaq məsələsinə baxılır.
Qeyd edilib ki, prezident seçkilərində Vladimir Putinin vəkil edilmiş şəxslərinin tərkibi əvvəlki 2018-ci il kampaniyasının siyahısı ilə müqayisədə təxminən 40 faiz yenilənəcək. Məlumata görə, martın 17-də keçiriləcək prezident seçkilərində etibarlı şəxslər siyahısında hərbi zabitlər, onların arasında “Komsomolskaya Pravda”nın hərbi müxbiri Aleksandr Kots da olacaq. Aleksandr Sladkovun (VQTRK) və Semyon Peqovun (WarGonzo layihəsinin yaradıcısı) namizədliyinin də nəzərdən keçirildiyi bildirilib.