Putin və Ruhani İdlibdəki vəziyyəti müzakirə etdilər

Putin və Ruhani İdlibdəki vəziyyəti müzakirə etdilər Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında telefon danışığı olub.
Region
29 fevral 2020 17:31
Putin və Ruhani İdlibdəki vəziyyəti müzakirə etdilər

Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında telefon danışığı olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət başçıları İdlibdə yaranmış vəziyyəti müzakirə ediblər. Putin və Ruhani Astana formatında əldə olunmuş razılaşmanın tam reallaşdırılması zərurətini qeyd ediblər.

Rəsmi məlumatda vurğulanır ki, Suriyadakı vəziyyətə İdlibin deeskalasiyası zonasında artan gərginlik kontekstində baxılır.

Məlumata görə, danışıq İran tərəfinin təşəbbüsü ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi