Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dekabrın 27-də Moskvada ikitərəfli gündəmdə olan əsas məsələləri müzakirə edəcək.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Dekabrın 27-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyada işgüzar səfərdə olacaq Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. İkitərəfli gündəmdə olan əsas məsələlərin, Avrasiya məkanında inteqrasiya birliklərindəki qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır", - Kremlin Mətbuat xidmətinin məlumatında deyilir.