Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə edib

Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə edib Müzakirələr Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub
Region
8 Sentyabr , 2016 23:54
Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayib Ərdoğan telefon vasitəsi ilə iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf məsələlərini müzakirə ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Vəziyyətin nizamlanmasına kömək üçün səylərin əlaqələndirilməsi məqsədi ilə müxtəlif xətlər üzrə fəal əlaqələrin davam etdirilməsi barədə şərt kəsilib", - deyə məlumatda bildirilir.

İki ölkə prezidentinin telefon söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi