Putin və Ərdoğan İdlibdə terrorçulara qarşı əlavə tədbirləri razılaşdırıb

Putin və Ərdoğan İdlibdə terrorçulara qarşı əlavə tədbirləri razılaşdırıb Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva və Ankara Suriyanın İdlib əyalətindəki vəziyyətdən ciddi narahatdır.
Region
28 Avqust , 2019 06:11
Putin və Ərdoğan İdlibdə terrorçulara qarşı əlavə tədbirləri razılaşdırıb

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva və Ankara Suriyanın İdlib əyalətindəki vəziyyətdən ciddi narahatdır.

“Report” xəbər verir ki, onun sözlərinə görə, Suriya hökumət qoşunları mövqelərinin və Rusiya hərbi obyektlərinin terrorçular tərəfindən atəşə tutulması davam edir.

"Biz Türkiyə prezidenti ilə İdlibdəki terror ocaqlarının zərərsizləşdirilməsi, bu zonada və Suriyada vəziyyətin normallaşdırılması üçün birgə tədbirlər barədə fikir mübadiləsi apardıq", - deyə Putin qeyd edib.

Orphus sistemi