Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər.
Rəsmi Londonun məlumatında isə qeyd olunub ki, B.Conson V.Putinlə söhbətində diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin labüdlüyünü vurğulayıb.
Britaniyanın baş naziri Rusiyanın Ukrayna ilə sərhəddəki fəaliyyətindən də “dərin narahatlığını” ifadə edib.
Tərəflər Ukrayna ilə sərhəddə vəziyyətin pisləşməsinin heç kimin marağında olmadığı barədə razılaşıblar.