Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib

Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova sakinlərinə Rusiya vətəndaşlığının qəbulunu sadələşdirən fərman imzalayıb.
Region
18 Dekabr , 2023 22:14
Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib

Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova sakinlərinə Rusiya vətəndaşlığının qəbulunu sadələşdirən fərman imzalayıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi