Putin Rusiyanın yeni xarici konsepsiyasını qəbul edib, ABŞ əsas rəqib kimi göstərilib

Putin Rusiyanın yeni xarici konsepsiyasını qəbul edib, ABŞ əsas rəqib kimi göstərilib Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib.
Region
31 Mart , 2023 15:33
Putin Rusiyanın yeni xarici konsepsiyasını qəbul edib, ABŞ əsas rəqib kimi göstərilib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Putin deyib ki, beynəlxalq həyatda baş verən köklü dəyişikliklər Rusiyanın xarici siyasət konsepsiyasına ciddi düzəlişlər etməyi tələb edir.

Vurğulanıb ki, yeni konsepsiyada ABŞ anti-Rusiya xəttinin əsas dirijoru kimi təqdim olunub.

Sənəddə həmçinin dövlətlərin suverenlik hüquqlarına hörmət ifadə edilib.

Yeni xarici siyasət konsepsiyası həmçinin Rusiyaya qarşı təhdidlərə simmetrik və asimmetrik reaksiyaları ehtiva edir. Vurğulanıb ki, dost olmayan ölkələrin anti-Rusiya addımlarına lazım gələrsə, ciddi cavab veriləcək.

Sənəddə Çin və Hindistanla strateji tərəfdaşlıq elan edilib.

Son xəbərlər

Orphus sistemi