​Putin Rusiyanın neft şirkətlərinin rəhbərləri ilə görüşəcək

​Putin Rusiyanın neft şirkətlərinin rəhbərləri ilə görüşəcək Görüş zamanı dünyanın neft bazarındakı vəziyyət müzakirə olunacaq
Region
29 Fevral , 2016 08:20
​Putin Rusiyanın neft şirkətlərinin rəhbərləri ilə görüşəcək

Bakı. 29 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ölkənin iri neft şirkətlərinin rəhbərləri ilə görüş keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti yazıb.

"Belə bir görüşə hazırlıq gedir", – deyə nəşr prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərini sitat gətirib.

O, görüşün tarixini açıqlamaqdan imtina edib.

Qəzetin görüşə dəvət alan mənbələrdən əldə etdiyi məlumata görə, görüşün konkret gündəliyi məlum deyil. Lakin görüş zamanı dünyanın neft bazarındakı vəziyyətin müzakirə olunacağı gözlənilir. Görüş iştirakçılarının, həmçinin OPEK-lə razılaşma əldə olunacağı təqdirdə neft hasilatının dondurulmasını müzakirə edəcəkləri bildirilir.

Son xəbərlər

Orphus sistemi