Putin Rusiyada maliyyə böhranının olması haqqında sualı cavablandırıb

Putin Rusiyada maliyyə böhranının olması haqqında sualı cavablandırıb Rusiya prezidenti: Rusiya iqtisadiyyatının resessiyası problemi artıq həll olunub, artım dövrü başlayıb
Region
15 İyun , 2017 14:04
Putin Rusiyada maliyyə böhranının olması haqqında sualı cavablandırıb

Bakı. 15 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə "birbaşa əlaqə" zamanı ilk olaraq Rusiyada maliyyə böhranının olması haqqında sualı cavablandırıb. 

“Report” xəbər verir ki, V.Putin bildirib ki, Rusiya iqtisadiyyatının resessiyası problemi artıq həll olunub, artım dövrü başlayıb.

"Cavab vermək istərdim ki, böhran aradan qaldırılıb, lakin hər şey ola bilər", - deyə Rusiya prezidenti vurğulayıb. 

V.Putin əhali ilə ünsiyyət zamanı ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatı, eləcə də beynəlxalq vəziyyətlə bağlı suallara cavab verəcək.

Bu il birbaşa bağlantıya 1,87 milyon sual qəbul edilib. Keçən il televiziya tamaşaçıları ilə "birbaşa əlaqə" 3 saat 40 dəq çəkib. Prezident 80 sualı cavablandırıb. 

Son xəbərlər

Orphus sistemi