Putin: “Rusiya və Türkiyə Suriya problemi ilə bağlı birgə sənədi razılaşdırdı”

Putin: “Rusiya və Türkiyə Suriya problemi ilə bağlı birgə sənədi razılaşdırdı” Rusiya və Türkiyə Astana razılaşmasını və terrorçularla mübarizəni davam etdirməlidir.
Region
1866
5 Mart , 2020 21:42
Putin: “Rusiya və Türkiyə Suriya problemi ilə bağlı birgə sənədi razılaşdırdı”

Rusiya və Türkiyə Astana razılaşmasını və terrorçularla mübarizəni davam etdirməlidir.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşün yekununa dair mətbuat konfransında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Mətbuat konfransında çıxış edən Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə Suriya probleminin nizamlanması üçün birgə sənədi razılaşdırıb.

Qeyd edək ki, bu gün Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Suriyanın İdlib əyalətindəki vəziyyət müzakirə olunub.

Türkiyə Prezidentini görüşdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, habelə başqaları müşayiət ediblər.

Son xəbərlər

Orphus sistemi