Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə video-əlaqə rejimində müşavirə keçirib.
“Report” xəbər verir ki, məlumatı Kremlin saytı yayıb.
Bildirilib ki, müşavirədə ölkənin təhlükəsizliyinin təmin edilməsi əsasında texnoloji suverenliyə nail olmaq məsələsi müzakirə edilib.
Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryevoda Təhlükəsizlik Şurasının daimi üzləri ilə dekabrın 1-də görüş keçirəcək.
“Report” Rusiya Kİv-inə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov bildirib.
O, Vladimir Putinin Oqaryevoda fəaliyyətini davam etdirdiyini də qeyd edib: “Günorta saatlarında o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə məsləhətləşmələr aparmaq niyyətindədir”.
D. Peskov daxili məsləhətləşmənin qapalı keçəcəyini də vurğulayıb.