Putin: “Qlobal dəyişikliklər Rusiyanın qarşısına ən çətin vəzifələr qoyur”

Putin: “Qlobal dəyişikliklər Rusiyanın qarşısına ən çətin vəzifələr qoyur” İndi bütün dünya sürətlə dəyişir. Bu cür çağırışlar bizim qarşımıza ən çətin vəzifələr qoyur, bizi bütün resursları və qüvvələri səfərbər etməyə vadar edir
Region
23 iyun 2023 23:42
Putin: “Qlobal dəyişikliklər Rusiyanın qarşısına ən çətin vəzifələr qoyur”
Vladimir Putin

“İndi bütün dünya sürətlə dəyişir. Bu cür çağırışlar bizim qarşımıza ən çətin vəzifələr qoyur, bizi bütün resursları və qüvvələri səfərbər etməyə vadar edir”.

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkənin gənclərinə müraciətindən deyib.

Rusiya dövlət başçısı vurğulayıb ki, rusiyalı gənclər yaxşı başa düşürlər ki, vətənə məhəbbət insanın bu günü və sabahı üçün məsuliyyətini dərk etməsi ilə qırılmaz şəkildə bağlıdır:

“Sizin nəsil iqtisadiyyatda, biznesdə, müdafiə və təhlükəsizlik sahəsində, sosial sahədə, dövlət idarəçiliyində əsas vəzifələr tutmalı, Rusiyanın gələcəyini müəyyən edəcək qərarlar qəbul etməli olacaq. Özünüzə inanın, cəsarətlə xəyal edin, məqsədlərinizə çatın və uğur mütləq gələcək”.

Son xəbərlər

Orphus sistemi