​Putin Qazaxıstana gedir

​Putin Qazaxıstana gedir Prezidentlər Astanada Ukraynadakı vəziyyəti də müzakirə edəcək
Region
19 Mart , 2015 14:20
​Putin Qazaxıstana gedir

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edəcək.

"Report" "newskaz"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun Astanada keçirəcəkləri üçtərəfli görüşdə Ukraynadakı vəziyyət də müzakirə ediləcək.

"Bizim mövqeyimiz məlumdur. Mən əminəm ki, prezident Putin Astanada həmkarlarına bu mövqeyi arqumentlərlə açıqlaya biləcək", - Ukraynadakı vəziyyətlə bağlı D.Peskov əlavə edib.

Son xəbərlər

Orphus sistemi