Rusiya Prezidenti Vladimir Putin Qaqauz Yerinin (Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumu) başqanı Yevgeniya Qutsulu qəbul edib.
“Report” xəbər verir ki, Rusiya lideri ilə görüşün təəssüratları barədə Qutsul
O, Putinlə “Qaqauziyanın yerləşdiyi bölgədə mürəkkəb regional və geosiyasi problematikanı” müzakirə etdiyini açıqlayıb:
“Mən Vladimir Vladimiroviçə Moldovada vətəndaş mövqeyimizə və milli maraqlara sədaqətimizə görə bizdən qisas alan hakimiyyətin qanunsuz hərəkətləri barədə məlumat verdim”.
37 yaşlı siyasətçinin fikrincə, Kişineu Qaqauz Yerinin “səlahiyyətlərini alır, büdcəsini azaldır qanuni haqlarını pozur, Qaqauziya və bütün ölkə boyu qeyri-sabitliyə yol açır”.
O əlavə edib ki, Putin Qaqauz Yeri və onun xalqını “qanuni haqları, səlahiyyətləri və beynəlxalq arendakı mövqelərinin müdafiəsində dəstəkləyəcəyinə söz verib”.
Qeyd edək ki, Qaqauz Yeri Avropada Rusiyanın ən böyük nüfuza malik olduğu bölgələrdən biri hesab olunur. Moldovanın tərkibindən çıxmaq hüququna sahib olan region ölkədə keçirilən səsvermələrdə daim rusiyayönümlü siyasətçi və partiyalara səs verir. Misal üçün, sabiq prezident İqor Dodon sözügedən türk bölgəsindən 99 % səs ala bilib. Son dövrdə Komrat ilə Kişineu arasında baş verən mütəmadi anlaşmazlıqlara baxmayaraq, bölgədə müstəqillik fikri populyar deyil.