Putin: "Prezident Trampın işini mən qiymətləndirməli deyiləm"

Putin: "Prezident Trampın işini mən qiymətləndirməli deyiləm" "Prezident kimi onun ciddi nailiyyətlərini görürük"
Region
14 Dekabr , 2017 14:47
Putin: Prezident Trampın işini mən qiymətləndirməli deyiləm
Rusiya prezidenti Vladimir Putin / AFP 2017/ DON EMMERT

Bakı. 14 dekabr. REPORT.AZ/ "Prezident Trampın işini mən qiymətləndirməli deyiləm, bunu Amerika xalqı etməlidir".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında deyib.

Rusiya prezidenti bildirib ki, Tramp ABŞ prezidenti kimi, onun fikrincə, müəyyən uğurlar qazana bilib: "Prezident kimi onun ciddi nailiyyətlərini görürük. Bazarlara baxın, onlar necə yüksəlib. Bu, investorların ABŞ iqtisadiyyatına etimadını göstərir".

V.Putin Rusiya və ABŞ-ın əlaqələrini normallaşdıracağına və ölkələrin ümumi təhdidləri birlikdə ortadan qaldıracağına ümid etdiyini bildirib.

ABŞ KİV-ində Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə təsiri məsələsini toxunan V.Putin deyib: "Bütün bunları Trampa münasibətdə müxalif olan qüvvələr fikirləşib. Onlar Trampın seçilməsinə qanunsuz xatakter vermək istəyirlər. Bunu edənlər dövlət başçısına ziyan vurur, onu üzürlər, seçicilərə hörmət etmirlər".

Son xəbərlər

Orphus sistemi