Putin prezident seçkiləri ilə bağlı zarafat edib: "Lazım gələrsə, kombaynçı işləyərəm"

Putin prezident seçkiləri ilə bağlı zarafat edib: "Lazım gələrsə, kombaynçı işləyərəm" "Əgər lazım gələrsə, martın 18-dən sonra kombaynçı işləməyə gedəcəyəm"
Region
2 Fevral , 2018 03:32
Putin prezident seçkiləri ilə bağlı zarafat edib: Lazım gələrsə, kombaynçı işləyərəm

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "Rostselmaş" zavodunun texnikasını nəzərdən keçirərkən kombaynçı işləməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu o, prezident seçkiləri ilə bağlı zarafat edərkən deyib.

"Əgər lazım gələrsə, martın 18-dən sonra kombaynçı işləməyə gedəcəyəm", - deyə o, müxtəlif istismar şərtlərində kombaynın işini imitasiya edən trenajor moduluna əyləşərkən bildirib.

Qeyd olunur ki, Rusiya lideri həmçinin traktorların yığılma sexində iş prosesi ilə də tanış olub və yığılmış maşınlara baxıb.

18 mart 2018-ci il tarixində Rusiyada prezident seçkiləri keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi