Putin oxşarları ilə bağlı suala aydınlıq gətirib

Putin oxşarları ilə bağlı suala aydınlıq gətirib Rusiya Prezidenti Vladimir Putin bildirib ki, rəqəmsal avatar "ilk oxşarı"dır.
Region
14 Dekabr , 2023 17:17
Putin oxşarları ilə bağlı suala aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, rəqəmsal avatar "ilk oxşarı"dır.

“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.

Tədbir zamanı ekrandan dövlət başçısına rəqəmsal avatar müraciət edib. Guya Sankt-Peterburq sakini olduğu bildirilən, amma Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi olan, V.Putinə bənzədiyi iddia edilən anonim şəxs Prezidentdən oxşarlarının sayını soruşub.

"Siz mənə oxşayırsınız və mənim səsimlə danışırsınız. Amma yalnız bir nəfər mənim kimi ola bilər. Sadəcə özüm. Yəni, mənim oxşarım yoxdur", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi