Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarına ailə səadəti və bol məhsuldarlıq arzu edib

Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarına ailə səadəti və bol məhsuldarlıq arzu edib Bakı. 21 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarını təbrik edib.  Report TASS agentliyinə istinadən xəbər verir ki, Kremlin saytında dərc olunmuş təbrik məktubunda Putin bol məhsuldarlıq və ailə səadəti arzulayıb.
Region
21 Mart , 2018 18:53
Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarına ailə səadəti və bol məhsuldarlıq arzu edib

Bakı. 21 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarını təbrik edib.  "Report" TASS agentliyinə istinadən xəbər verir ki, Kremlin saytında dərc olunmuş təbrik məktubunda Putin bol məhsuldarlıq və ailə səadəti arzulayıb.

Məktubda deyilir ki, "əsrlərin süzgəcindən keçmiş bu bayram bizim ölkənin bir çox xalqlarının tarixi, mədəni və mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir və özündə təbiətin oyanışını, yeni həyatın başlanğıcını təcəssüm etdirir”. 

Putin belə adət-ənənələrin qorunub saxlanmasını yüksək qiymətləndirib.

"Bu gün yüz illlər əvvəll olduğu kimi şəhər və kəndlərdə xalq şənlikləri təşkil olunur, istedadlı ustalar özlərinin xalq-dekorativ tətbiqi incəsənət nümunələrini nümayiş etdirir, hər bir evdə qonaqları milli xörəklərlə qarşılayırlar və əllbəttə bu gündə öz yaxınlarını anmaq, diqqətə və ehtiyacı olanlara kömək əli uzatmaq lazımdır”, - Putin qeyd edib.  

Son xəbərlər

Orphus sistemi