Bakı. 4 mart. REPORT.AZ/ "Boris Nemtsovun qətlinə oxşar faciələrdən yaxa qurtarmaq lazımdır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında deyib.
O bu qətli "həyasızlıq" adlandıraraq, belə utandırıcı əməllərin qarşısının alınmasının vacib olduğunu söyləyib.
"Paytaxtın mərkəzində Boris Nemtsovun həyasızcasına qətlə yetirilməsinin şahidi olduq. Ona görə də Rusiya buna oxşar faciələrdən canını qurtarmalıdır", - V.Putin vurğulayıb.