Putin ilk dəfə məxfi kabinetini jurnalistlərə göstərdi - FOTO - VİDEO

Putin ilk dəfə məxfi kabinetini jurnalistlərə göstərdi - FOTO - VİDEO Rusiya Prezidenti Vladimir Putin özünün gizli kabinetini Rossiya1 telekanalının jurnalistlərinə göstərib.
Region
2479
19 İyun , 2020 08:03
Putin ilk dəfə məxfi kabinetini jurnalistlərə göstərdi - FOTO - VİDEO

Rusiya Prezidenti Vladimir Putin özünün gizli kabinetini "Rossiya1" telekanalının jurnalistlərinə göstərib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçısı müsahibənin çəkilişləri zamanı çəkiliş qrupunu məxfi yerə dəvət edib.

"Amma sizə xəbərdarlıq edirəm - mən orada heç nə hazırlamamışam, buna görə orada.. iş atmosferi", - Putin deyib. 

Rusiya prezidenti qeyd edib ki, içəridə ictimai görüşlər keçirmir. Orada yemək və istirahət otaqları var.

Kabinetin interyeri işıqlıdır, divarda imperator I Pyotrun portreti asılıb, iş stolunun yanında uşaq şəkilləri və prezidentə hədiyyə edilmiş əşyalar var.

Son xəbərlər

Orphus sistemi