Putin Kemerovodakı ticarət mərkəzində baş vermiş yanğının səbəblərini açıqlayıb

Putin Kemerovodakı ticarət mərkəzində baş vermiş yanğının səbəblərini açıqlayıb Rusiya prezidenti baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə dair iclas keçirir
Region
27 Mart , 2018 09:56
Putin Kemerovodakı ticarət mərkəzində baş vermiş yanğının səbəblərini açıqlayıb

Bakı. 27 mart. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş və 64 nəfərin ölümünə səbəb olmuş yanğının nəticələrinin aradan qaldırılmasına dair iclas keçirir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dövlət başçısı iclasa bir dəqiqəlik sükutla başlayaraq, ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib.

"Burada baş verənlər döyüş hərəkətləri, şaxtada qəfildən metan qazının püskürməsi deyil. İnsanlar, uşaqlar bura istirahətə gəlmişdilər. Demoqrafiyadan danışırıq və bu qədər insanı nədən itiririk? Cinayətkar səhlənkarlıqdan", - V.Putin bildirib.

Son xəbərlər

Orphus sistemi