Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Region
239
31 İyul , 2021 13:51
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər Türkiyədə baş verən meşə yanğınları barədə vəziyyəti müzakirə ediblər.

“Telefon danışığı zamanı bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Vladimir Putin yanğınların söndürülməsi üçün Türkiyəyə hərtərəfli yardım göstərməkdə davam edəcəyini bildirib”, - mətbuat xidmətinin məlumatında deyilir.

Türkiyə Prezidenti göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

İngilis versiyası Putin calls Erdogan

Son xəbərlər

Orphus sistemi