Putin: Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosundakı partlayışların təşkilatçısı idi

Putin: Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosundakı partlayışların təşkilatçısı idi Bu ilin avqust ayında Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosunda törədilən partlayışların təşkilatçılarından biri idi.
Region
10 Dekabr , 2019 06:05
Putin: Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosundakı partlayışların təşkilatçısı idi

Bu ilin avqust ayında Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosunda törədilən partlayışların təşkilatçılarından biri idi. 

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Parisdə “Normand Dördlüyü” liderlərinin görüşündən sonra təşkil edilən mətbuat konfransında söyləyib.

Putin, onun Qafqazda yaradılan qeyri-qanuni silahlı dəstələrin fəal üzvü olduğunu və polis tərəfindən axtarıldığını xatırladıb. “Onunla nə baş verdiyini bilmirəm. Bu, quldur mühitidir və orada hər şey ola bilər”.

Rusiya prezidenti bildirib ki, Rusiya və Almaniya diplomatlarının qarşılıqlı surətdə ölkədən çıxarılması Rusiya-Almaniya münasibətlərində böhrana səbəb olmayacaq.

Son xəbərlər

Orphus sistemi