Putin Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarması qərarından danışıb

Putin Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarması qərarından danışıb Amerika lideri Cozef Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarı düzgündür.
Region
171
21 Oktyabr , 2021 23:03
Putin Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarması qərarından danışıb
Vladimir Putin

Amerika lideri Cozef Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarı düzgündür.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidenti Vladimir Putin beynəlxalq “Valday” klubunun iclasında bildirib.

"Əlbəttə, ABŞ prezidenti düzgün hərəkət etdi. Əfqanıstandan qoşunların çıxarılması üçün düz iş gördü. O, yəqin başa düşüb, bəlkə də bunun necə olacağının təfərrüatını bilməyib, amma bu və ya digər şəkildə bunun olacağını başa düşdü", - Rusiya dövlətinin başçısı bildirib.

O, qeyd edib ki, bu vəziyyət bu və ya digər şəkildə ABŞ-a, ilk növbədə müttəfiq olaraq rəhbərlik etdiyi ölkələrə olan inamda özünü göstərir.

"Əlbəttə, bunun necə baş verdiyini görə bilərik. Yəqin ki, başqa cür də edilə bilərdi. Düşünürəm ki, zaman keçəcək və hər şey öz yerinə düşəcək, bu, kardinal bir şeyə səbəb olmayacaq", - Putin deyib.

Son xəbərlər

Orphus sistemi