Putin Amerika telekanalına Rusiyanın yeni strateji silah sistemləri barədə danışıb

Putin Amerika telekanalına Rusiyanın yeni strateji silah sistemləri barədə danışıb "Onların bəziləri artıq qoşunların döyüş növbətçiliyindədir"
Region
2 Mart , 2018 04:58
Putin Amerika telekanalına Rusiyanın yeni strateji silah sistemləri barədə danışıb

Bakı. 2 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ABŞ-ın NBC telekanalına müsahibəsində ölkənin yeni strateji silah sistemləri barədə danışıb.

“Report” xəbər verir ki, o, bu silahlardan bəzilərinin artıq qoşunların döyüş növbətçiliyində olduğunu bildirib.

"Bu silah sistemlərinin hər biri müəyyən hazırlıq mərhələsindədir. Onların bəziləri artıq qoşunların döyüş növbətçiliyindədir", - deyə Rusiya prezidenti əlavə edib.

Bundan əvvəl Putin Federal Məclisə müraciətində Rusiya silahlarının yeni növlərini, xüsusilə də, "Sarmat" raket kompleksi, "Kinjal" aviasiya raket kompleksi və pilotsuz sualtı aparatı təqdim edib.

Son xəbərlər

Orphus sistemi