Putin "Akkuyu" AES-nin 2023-cü ildə istifadəyə veriləcəyini bildirib

Putin "Akkuyu" AES-nin 2023-cü ildə istifadəyə veriləcəyini bildirib Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyədə RF-nin köməkliyi ilə tikilən Akkuyu atom elektrik stansiyasının 2023-cü ildə istismara veriləcəyinə ümid edir.
Region
23 Yanvar , 2019 23:00
Putin Akkuyu AES-nin 2023-cü ildə istifadəyə veriləcəyini bildirib

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyədə RF-nin köməkliyi ilə tikilən "Akkuyu" atom elektrik stansiyasının 2023-cü ildə istismara veriləcəyinə ümid edir.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu Rusiya-Türkiyə danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında deyib.

"Türkiyədə ilk atom elektrik stansiyası olan "Akkuyu"nun inşası üzrə irimiqyaslı layihənin həyata keçirilməsi plan üzrə gedir, onun birinci blokunun tikintisi davam edir və biz onu 2023-cü ildə istifadəyə verməyi nəzərdə tuturuq", - deyə Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, bu tarixi onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan açıqlayıb, çünki 2023-cü ildə Türkiyə Respublikasının bir əsrlik yubileyi qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi