Vladimir Putin: "Avrasiya İqtisadi İttifaqı 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır"

Vladimir Putin: "Avrasiya İqtisadi İttifaqı 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır" Avrasiya İqtisadi İttifaqı (Aİİ) hazırda 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır.
Region
1 Oktyabr , 2019 18:17
Vladimir Putin: Avrasiya İqtisadi İttifaqı 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır

Avrasiya İqtisadi İttifaqı (Aİİ) hazırda 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin bildirib.

O, həmin ölkələr arasında Serbiya, İsrail və Misirin olduğunu qeyd edib.

Bununla yanaşı, Hindistanla sərbəst ticarət zonası yaratmağa dair danışıqların başlayacağını diqqətə çatdıran V.Putin Aİİ ilə İran arasında da sərbəst ticarət zonasına dair müvəqqəti sazişin bu ayın sonunda qüvvəyə minəcəyini gözlədiklərini deyib.

Son xəbərlər

Orphus sistemi