Yevgeni Primakov dəfn olunub

Yevgeni Primakov dəfn olunub O, iyunun 26-da 85 yaşında dünyasını dəyişib
Region
29 İyun , 2015 19:14
Yevgeni Primakov dəfn olunub

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın keçmiş baş naziri, sabiq xarici işlər naziri Yevgeni Primakov dəfn edilib.

"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb.

Vida mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

Xəbərə görə, Yevgeni Primakov Novodeviçye qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Y.Primakov iyunun 26-da 85 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi