Prezidentliyə müxalif namizəd: "Gürcüstan vətəndaşlarının düzgün seçim edəcəyinə inanıram"

Prezidentliyə müxalif namizəd: "Gürcüstan vətəndaşlarının düzgün seçim edəcəyinə inanıram" Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze səsvermədə iştirak edib.
Region
28 Noyabr , 2018 15:12
Prezidentliyə müxalif namizəd: Gürcüstan vətəndaşlarının düzgün seçim edəcəyinə inanıram
0 : 00
0 : 00

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze səsvermədə iştirak edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, Kutaisi şəhərində səs verib.

Q.Vaşadze jurnalistlərə Gürcüstan vətəndaşlarının prezident seçkilərinin ikinci turunda düzgün seçim edəcəklərinə ümid etdiyini deyib: “İnanıram ki, 1990-cı ildən etibarən demokratiyanı dişləri ilə qoruyub saxlayan, dövlətçiliyi saxlamaq üçün hər şey edən insanlar seçkilərə gedəcək və doğru seçim edəcəklər. Gürcüstanın mənasız, düşünülməmiş və boş mövcudluğuna artıq vaxt yoxdur”.

Son xəbərlər

Orphus sistemi