​Qazaxıstanda prezident seçkisi öncəsi təbliğat kampaniyası başa çatıb

​Qazaxıstanda prezident seçkisi öncəsi təbliğat kampaniyası başa çatıb Ümumilikdə üç namizəd mübarizə aparır
Region
24 Aprel , 2015 10:39
​Qazaxıstanda prezident seçkisi öncəsi təbliğat kampaniyası başa çatıb

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Qazaxıstanda növbədənkənar seçkiyə hazırlıq işləri, o cümlədən seçkiqabağı təbliğat-təşviqat kampaniyası başa çatır.

"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV məlumat yayıb.

Aprelin 26-da ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində fəaliyyətdə olan prezident Nursultan Nazarbayev, Xalq Kommunist Partiyasının namizədi Tutqun Sızdıkov və müstəqil namizəd Əbülqazi Kusainov mübarizə aparır.

Bu siyasi kampaniyanı müşahidə etmək üçün 713 beynəlxalq müşahidəçi və xarici KİV-in 134 təmsilçisi akkreditasiya olunub.

Son xəbərlər

Orphus sistemi