Prezident Ofisi: "Ukraynanın 13 vilayətində mədəniyyət obyektlərinə ziyan dəyib"

Prezident Ofisi: "Ukraynanın 13 vilayətində mədəniyyət obyektlərinə ziyan dəyib" “Hərbi əməliyyatlar nəticəsində Ukraynanın 13 vilayətində mədəniyyət obyektlərinə ziyan dəyib”.
Region
4 May , 2022 15:45
Prezident Ofisi: Ukraynanın 13 vilayətində mədəniyyət obyektlərinə ziyan dəyib

“Hərbi əməliyyatlar nəticəsində Ukraynanın 13 vilayətində mədəniyyət obyektlərinə ziyan dəyib”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Oliksey Dneprov deyib.

“Ukraynanın 13 vilayətində, 56 ərazi icmasında mədəniyyət obyektləri dağıntıya məruz qalıb. Donetsk, Luqansk, Sumı və Nikolayev vilayətləri ən çox dağıntıya məruz qalmış ərazilərdir. Hazırda dağılmış və zədələnmiş mədəni obyektlərin tam siyahısını tərtib etmək çətindir. Çünki Xarkov, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ərazilərinin bir hissəsi hələ də müvəqqəti işğal altındadır. Sumı və Çerniqov vilayətlərində minalardan təmizləmə işləri davam edir”, - o söyləyib.

Qeyd edək ki, Ukraynaya dəymiş maddi ziyan 600 milyard dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi