Prezident Ofisi: "Ukrayna uduzsa, Rusiya qoşunları Kişineuda olacaq"

Prezident Ofisi: "Ukrayna uduzsa, Rusiya qoşunları Kişineuda olacaq" Ukrayna Prezident Ofisi Moldovada baş verən proseslərə münasibət bildirib.
Region
26 Aprel , 2022 17:10
Prezident Ofisi: Ukrayna uduzsa, Rusiya qoşunları Kişineuda olacaq

Ukrayna Prezident Ofisi Moldovada baş verən proseslərə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya Dnestryanı regionda sabitliyi pozmaq istəyir. Rusiya işarə edir ki, Moldova “qonaqları” gözləməlidir. Ukrayna sabah uduzsa, Rusiya qoşunları Kişineunun qapılarında olacaq. Amma Ukrayna bölgənin strateji təhlükəsizliyini mütləq təmin edəcək. Bunun üçün isə həmrəylik lazımdır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi