Pozner Gürcüstanı planlaşdırdığı vaxtdan əvvəl tərk edib

Pozner Gürcüstanı planlaşdırdığı vaxtdan əvvəl tərk edib Rusiyalı telejurnalist Vladimir Pozner və qonaqları Tbilisini planlaşdırılan vaxtdan tez tərk ediblər
Region
1 Aprel , 2021 08:39
Pozner Gürcüstanı planlaşdırdığı vaxtdan əvvəl tərk edib
Vladimir Pozner

Rusiyalı telejurnalist Vladimir Pozner və qonaqları Tbilisini planlaşdırılan vaxtdan tez tərk ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, onların olduğu təyyarə Tbilisi beynəlxalq aeroportundan havaya qalxıb.

Qeyd edək ki, V. Pozner doğum gününü qeyd etmək üçün qonaqları ilə birgə martın 31-də Tbilisiyə gedib. Onlar Gürcüstan paytaxtını aprelin 3-də tərk etməli idilər.

Rusiyalı telejurnalistin Gürcüstana səfəri kəskin etirazla qarşılandığından o, Tbilisini vaxtından əvvəl tərk etməli olub.

Etirazlara səbəb V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımaması, gürcü və abxazları təhqir etməsi olub.

Son xəbərlər

Orphus sistemi