Poroşenko Rusiyaya qarşı yeni sanksiyalara görə ABŞ-a minnətdarlığını bildirib

Poroşenko Rusiyaya qarşı yeni sanksiyalara görə ABŞ-a minnətdarlığını bildirib Bu barədə o, ABŞ-ın dövlət katibi ilə görüşdən sonra "Twitter"də yazıb
Region
26 yanvar 2018 18:29
Poroşenko Rusiyaya qarşı yeni sanksiyalara görə ABŞ-a minnətdarlığını bildirib

Bakı. 26 yanvar. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşdən sonra "Twitter"də yazıb.

"ABŞ-ın BMT Təhlükəsizlik Şurasında tam dəstəyinə və Rusiyaya qarşı sanksiyalar siyasətinin davam etdirilməsinə görə minnətdaram", - deyə o bildirib.

Poroşenkonun sözlərinə görə, onlar Tillerson ilə müdafiə və təhlükəsizlik sahəsində koordinasiya barədə razılığa gəliblər.

Xəbər verildiyi kimi, ABŞ Ukraynadakı vəziyyət səbəbindən Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Son xəbərlər

Orphus sistemi