Polşanın mərhum prezidentinin ölümünə görə rusiyalı dispetçer qiyabi həbs olunub

Polşanın mərhum prezidentinin ölümünə görə rusiyalı dispetçer qiyabi həbs olunub Varşava şəhərinin Mokotuv Rayon Məhkəməsi Polşanın hökumət təyyarəsi Tu-154M-in qəzaya uğradığı gün Smolensk-Severnı hava limanında növbətçilik edən üç rusiyalı aviadispetçerdən birinin müvəqqəti həbs edilməsi ilə bağlı Respublika Baş Prokurorluğunun vəsa
Region
19 May , 2022 11:35
Polşanın mərhum prezidentinin ölümünə görə rusiyalı dispetçer qiyabi həbs olunub

Varşava şəhərinin Mokotuv Rayon Məhkəməsi Polşanın hökumət təyyarəsi Tu-154M-in qəzaya uğradığı gün Smolensk-Severnı hava limanında növbətçilik edən üç rusiyalı aviadispetçerdən birinin müvəqqəti həbs edilməsi ilə bağlı Respublika Baş Prokurorluğunun vəsatətini təmin edib.

“Report” xəbər verir ki, bu barədə TASS-ın müxbirinə məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

“Viktora R.-yə (Polşa qanunlarına əsasən, soyad açıqlanmır - red.) qarşı iş üzrə məhkəmə şübhəli şəxs barəsində saxlanıldığı gündən 30 gün müddətinə həbs qətimkan tədbiri seçib”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2010-cu il aprelin 10-da Varşava-Smolensk marşrutu ilə uçan Polşa Hərbi Hava Qüvvələrinin prezident nümayəndə heyətinin Tu-154M təyyarəsi Smolensk-Severnı aerodromuna enərkən qəzaya uğrayıb. Təyyarədə olan 96 nəfərin hamısı həlak olub - 88 sərnişin və 8 ekipaj üzvü. Onların arasında Polşanın mərhum prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskaya, eləcə də tanınmış Polşa siyasətçiləri, demək olar ki, bütün yüksək hərbi komandanlıq, ictimai və din xadimləri olub.

Son xəbərlər

Orphus sistemi