Polşa prezidenti Gürcüstana səfər edəcək

Polşa prezidenti Gürcüstana səfər edəcək O, Tbilisidə Gürcüstanın Müstəqillik gününə həsr olunan mərasimdə iştirak edəcək
Region
25 May , 2021 13:52
Polşa prezidenti Gürcüstana səfər edəcək
Andjey Duda

Sabah Polşa prezidenti Andjey Duda xanımı Aqata Kornhauser-Duda ilə birgə Gürcüstana ikigünlük səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, Tbilisidə Gürcüstanın Müstəqillik gününə həsr olunan mərasimdə iştirak edəcək.

A.Duda tədbirdə çıxış edəcək, Gürcüstanın milli bayramına həsr olunan qala konsertə qatılacaq.

Mayın 27-də Polşanın dövlət başçısı gürcü həmkarı Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Kaxa Kuçava ilə görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi