Rusiyalı ekspert: “ABŞ-Ermənistan təlimləri Moskva ilə İrəvan arasında münasibətlərə zərbədir”

Rusiyalı ekspert: “ABŞ-Ermənistan təlimləri Moskva ilə İrəvan arasında münasibətlərə zərbədir” “Emənistanla ABŞ-ın sentyabrda keçirəcəyi birgə təlimləri Ermənistanın Rusiyaya qarşı xəyanətidir”.
Region
6 Sentyabr , 2023 15:49
Rusiyalı ekspert: “ABŞ-Ermənistan təlimləri Moskva ilə İrəvan arasında münasibətlərə zərbədir”
Yevgeni Mixaylov

“Emənistanla ABŞ-ın keçirəcəyi birgə təlimlər İrəvanın Moskvaya qarşı xəyanətidir”.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.

O qeyd edib ki, Ermənistanın bu qərarı Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərə zərbədir.

“Bu, Azərbaycan və Rusiyanın maraqlarını daha da yaxınlaşdırır. İki ölkə razılaşmalara dəqiq əməl edir və 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli bəyanatı yerinə yetirirlər, Ermənistan isə buna əməl etmir", - ekspert bildirib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində ABŞ-la birgə hərbi təlimlər keçiriləcəyi barədə xəbər yayıb.

Son xəbərlər

Orphus sistemi