Polis Tehranda Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib

Polis Tehranda Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib Məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb
Region
7 İyun , 2017 12:27
Polis Tehranda Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib

Bakı. 7 iyun. REPORT.AZ/ Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib.

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.

Xatırladaq ki, Tehranda Xomeyninin məqbərəsinə hücum həyata keçirilib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

İranın daxili işlər naziri Rəhmani Fəzli ölkə parlamenti və məqbərəyə hücumların səbəblərinin araşdırılması üçün bu gün Tehranda Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi