Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib

Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib "Amnesty International"ın Rusiyadan xeyir götürüb-götürmədiyini yoxlamaq lazımdır".
Region
8 Avqust , 2022 12:18
Ukrayna Prezident Ofisi Amnesty Internationalı sərt tənqid edib
Mixaylo Podolyak

"Amnesty International"ın Rusiyadan xeyir götürüb-götürmədiyini yoxlamaq lazımdır".

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bildirib.

Məlumata görə, "Amnesty İnternational" təşkilatının avqustun 4-də yaydığı hesabatda Ukraynanın müharibə qanunlarını pozduğu, hərbi texnika və silahları məktəblərdə, eləcə də xəstəxanalarda yerləşdirdiyi ilə bağlı məlumat əks olunub.

Qeyd edək ki, təşkilatın qərəzli hesabatı Ukrayna rəhbərliyində rezonansa səbəb olmuşdu, Prezident Volodimir Zelenski hüquq müdafiəçilərinin Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışdıqlarını bildirmişdi.

Avqustun 4-də beynəlxalq insan haqları təşkilatı Ukraynanın Rusiya ordusuna qarşı durmaq üçün yaşayış məntəqələrində hərbi mövqelər yerləşdirməklə mülki əhalini təhlükəyə atdığını bildirən mübahisələrə yol açan hesabat yayıb.

Təşkilatın Ukrayna filialı daha əvvəl hesabatın hazırlanmasında və yayılmasında iştirak etmədiyini bəyan edib.

“İşğalçıların basqın və parça-parça etdiyi ölkədə yaşamırsansa, yəqin ki, müdafiəçilərin ordusunu mühakimə etməyin nə demək olduğunu başa düşmürsən”, - Oksana Pokalçuk feysbuk hesabında yazıb.

“Amnesty International” əvvəlcə tənqidləri qəbul etməmişdi.

“Amnesty International” təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk Ukrayna Silahlı Qüvvələrinə qarşı ittihamlar dərc edildikdən sonra istefa verib.

Xatırladaq ki, bu, təşkilatın ilk qərəzli hesabatı deyil. “Amnesty International” daha əvvəl də Azərbaycana qarşı qərəzli hesabatlar yayıb. Təşkilatın xüsusən İkinci Qarabağ müharibəsi ilə bağlı hesabatı birtərəfli, qərəzli idi.

Son xəbərlər

Orphus sistemi