PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub

PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub PKK terrorçularının İraqın Qara vilayətində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub
Region
14 Fevral , 2021 15:49
PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub
Aydın Baruş

PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən 10-un şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib. O, qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırma zamanı meyitləri aşkarlanan Türkiyə vətəndaşlarının PKK terrorçuları tərəfindən qəddarlıqla qətlə yetirildikləri məlum olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Qara bölgəsində PKK terrorçularının sığındığı mağarada 13 mülki şəxsin meyitini aşkarlayıb.

Son xəbərlər

Orphus sistemi