PKK terrorçularının Diyarbəkirdə təşkil etdiyi hücum zamanı 3 türk əsgəri yaralanıb

PKK terrorçularının Diyarbəkirdə təşkil etdiyi hücum zamanı 3 türk əsgəri yaralanıb Terrorçuların zərərsizləşdirilməsi məqsədilə əməliyyat başlayıb
Region
9 Avqust , 2016 21:44
PKK terrorçularının Diyarbəkirdə təşkil etdiyi hücum zamanı 3 türk əsgəri yaralanıb

Bakı. 9 avqust. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətinin Liçe rayonunda hərbçilərə hücum edib.

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, türk əsgərləri silahlılara dərhal cavab atəşi açıb. Silahlı toqquşma zamanı 3 türk əsgəri yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Yaralı əsgərlər bölgəyə göndərilmiş helikopterlərlə Diyarbəkir Hərbi Hospitalına aparılıblar. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə hava qüvvələrindən də dəstək verilməklə əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi