Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyənin cənubundakı Siirt vilayətinin Şirvan rayonunda hərbçilərə hücum edilib.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hücumu terrorçu PKK qruplaşmasının yaraqlıları həyata keçirib.
Zirehli avtomobilin yola döşənmiş partlayıcı qurğu vasitəsilə partladılması nəticəsində bir hərbçi həlak olub, ikisi yaralanıb.