Türkiyədə PKK terrorçuları hərbçilərə atəş açıb: 3 şəhid, 2 yaralı var - YENİLƏNİB-2

Türkiyədə PKK terrorçuları hərbçilərə atəş açıb: 3 şəhid, 2 yaralı var - YENİLƏNİB-2 Dargeçit və Midyat dövlət xəstəxanalarında yaralıların müalicəsi davam edir
Region
3 Sentyabr , 2016 09:13
Türkiyədə PKK terrorçuları hərbçilərə atəş açıb: 3 şəhid, 2 yaralı var - YENİLƏNİB-2

Bakı. 3 sentyabr. REPORT.AZ/ PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Darkeçit rayonunda hərbçiləri atəşə tutması nəticəsində 3 nəfər şəhid olub, 2 nəfər yaralanıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, ölənlərdən biri kənd gözətçisidir. 

Dargeçit və Midyat dövlət xəstəxanalarında yaralıların müalicəsi davam edir.  

*** 22:55

PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Darkeçit rayonunda hərbçiləri atəşə tutması nəticəsində yaralanmış 1 hərbçi və 1 kənd qoruyucusu xəstəxanada vəfat edib.

"Report" xəbər verir ki, xəstəxanadakı yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

***21:48

PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Darkeçit rayonunda hərbçilərə açdığı atəş nəticəsində 6 hərbçi və 1 mülki vətəndaş yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Haber7.com" xəbər yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 19:10 radələrində baş verib. Terrorçuların açdığı atəş zamanı xəsarət alan mülki vətəndaşın 40 yaşında qadın olduğu bildirilir.

Hərbçilər terrorçulara cavab atəşi açıb və PKK silahlıları ərazidən qaçıblar.

Bölgəyə təcili yardım maşınları və təhlükəsizlik qüvvələri göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə iri miqyaslı əməliyyata başlanılıb.

Son xəbərlər

Orphus sistemi