PKK terror təşkilatının rəhbərlərindən biri məhv edildi

PKK terror təşkilatının rəhbərlərindən biri məhv edildi Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat zamanı PKK terror təşkilatının Suriya üzrə məsul şəxsi Sofi Nurəddin adlı terrorçu məhv edilib
Region
17 May , 2021 21:33
PKK terror təşkilatının rəhbərlərindən biri məhv edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat zamanı PKK terror təşkilatının Suriya üzrə məsul şəxsi Sofi Nurəddin adlı terrorçu məhv edilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısında açıqlayıb: "PKK və YPG-nin Suriyada gizlənən terrorçuların hər biri zərərsizləşdirilənədək əməliyyatlarımız davam edəcək", - o əlavə edib.

Qeyd edək ki, terrorçu Sofi Nurəddin İraqın Qara bölgəsində 13 günahsız insanın qətlə yetirilməsi əmrini verib. O, Türkiyəyə qarşı bir çox qanlı terror aktlarının təşkilatçısı kimi bu ölkənin güc strukturları tərəfindən axtarışda idi.

Son xəbərlər

Orphus sistemi