PKK-nın rəhbərlərindən biri Türkiyədə həbs edildi

PKK-nın rəhbərlərindən biri Türkiyədə həbs edildi PKK terror təşkilatının başçılarından biri, loqistika sahəsi üçün məsul olan İbrahim Parım Türkiyə məhkəməsinin qərarına əsasən həbs olunub
Region
150
20 Fevral , 2021 05:46
PKK-nın rəhbərlərindən biri Türkiyədə həbs edildi
İbrahim Parım

PKK terror təşkilatının başçılarından biri, loqistika sahəsi üçün məsul olan İbrahim Parım ("Laşer" ləqəbli) Türkiyə məhkəməsinin qərarına əsasən həbs olunub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Terrorçu İraqın şimal-qərbindəki Sincar ərazisində Türkiyənin xüsusi xidmət orqanlarının əməliyyatının gedişatında tutulub və fevralın 10-da bu ölkəyə gətirilib.

İstintaq tədbirlərinin tamamlanmasından sonra Parım Ankara Məhkəməsinə gətirilib və "silahlı terror təşkilatına üzvlükdə" ittihamı üzrə həbs edilib.

İbrahim Parım dindirilmə zamanı PKK sıralarındakı terrorçuluq fəaliyyətindən və təşkilatın fəallarından danışıb.

Terrorçu PKK-ya 2015-ci ildə daxil olub.

O, soyğunçuluq və narkotik vasitələrin satışı işlər üzrə axtarışda idi.

Son xəbərlər

Orphus sistemi