İran Prezidenti Məsud Pezeşkian Rusiya ilə tərəfdaşlığa dair müqavilənin irəli getmək üçün möhkəm təməl olacağına ümid edir.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, bunu Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.
Öz növbəsində V.Putin qeyd edib ki, bu sənəd ticarət-iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcək.
"Sizin bugünkü səfəriniz xüsusi əhəmiyyət kəsb edir. Çünki biz təkcə əməkdaşlığımızın bütün istiqamətlərini müzakirə etməyəcəyik, həm də hərtərəfli strateji tərəfdaşlıq haqqında böyük baza müqaviləsi imzalayacağıq. Bu vacibdir, çünki qarşılıqlı fəaliyyətimizin praktiki olaraq bütün istiqamətlərinə əlavə təkan verməyə imkan yaradacaq", - o bildirib.