Petre Kankava: “Gürcü dilini bilən azərbaycanlı gənclər dövlət strukturlarına işə qəbul olunurlar”

Petre Kankava: “Gürcü dilini bilən azərbaycanlı gənclər dövlət strukturlarına işə qəbul olunurlar” “Bu, Gürcüstan hökumətinin milli etnik azlıq nümayəndələrinə qayğısı və böyük diqqətidir”
Region
30 İyun , 2017 19:40
Petre Kankava: “Gürcü dilini bilən azərbaycanlı gənclər dövlət strukturlarına işə qəbul olunurlar”

Tbilisi. 30 iyun. REPORT.AZ/ “Gürcüstanda yaşayan azərbaycanlı gənclər dövlət strukturlarında və müəssisələrində işləməyə böyük maraq göstərirlər. Biz gürcü dilini bilən azərbaycanlı gəncləri məmnuniyyətlə işə qbul edirik”.

Bu sözləri “Report”a müsahibəsində Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Petre Kankava bildirib.

Nazir müavini deyib: “Gürcüstanda 1+4 proqramı fəaliyyət göstərir və azərbaycanlı tələbələr və gənclər pulsuz olaraq proqram çərçivəsində dövlət dilini öyrənir, istədikləri ali məktəblərə qəbul olunurlar. Bu ildən başlayaraq biz Təhsil Nazirliyi ilə birlikdə 4-cü kursu bitirən etnik azlıq nümayəndələrini 14 müəssisə, idarə və təşkilatlarda təcrübə işinə qəbul etmişik. Onlar əvvəlcə təcrübə keçəcək, dövlət dilini mükəmməl bildikdən sonra müxtəlif dövlət və hökumət strukturlarında çalışacaqlar”.

P.Kankava diqqətə çatdırıb ki, hökumət gürcü dilini mükəmməl bilən və fəal olan hər bir gənci Ədliyyə Nazirliyi, quberniya, rayon icra hakimiyyətlərində və digər müəssisələrdə yüksək vəzifələrdə görmək istəyir.

“Bu, Gürcüstan hökumətinin milli etnik azlıq nümayəndələrinə qayğısı və böyük diqqətidir” - nazir müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi