Peskov: Rusiyanın aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya köçürülməsi beynəlxalq hüquq pozuntusudur

Peskov: Rusiyanın aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya köçürülməsi beynəlxalq hüquq pozuntusudur Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Qərb dövlətləri tərəfindən Ukraynaya köçürülməsi beynəlxalq hüququn pozulmasıdır.
Region
23 iyul 2024 09:42
Peskov: Rusiyanın aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya köçürülməsi beynəlxalq hüquq pozuntusudur
Dmitri Peskov

Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Qərb dövlətləri tərəfindən Ukraynaya köçürülməsi beynəlxalq hüququn pozulmasıdır.

“Report”un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, bu “oğurluq” cavabsız qalmayacaq.

Xatırladaq ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrel ötən gün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsaitin avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcəyini bildirib. Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması üçün istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi